Mehman Hüseynovla bağlı iddia icraata götürülüb - VƏKİL

  • By admin
  • 24 Fevral 2017 12:17

mehman

Bu gün Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin bloqger Mehman Hüseynov barəsində xüsusi ittiham qaydasındakı iddiası üzrə Suraxanı Rayon Məhkəməsində hazırlıq iclası keçirilib. 

Gununsesi.info-nun məlumatına görə, xüsusi ittiham qaydasındakı iddia icraata qəbul olunub. Vəkil Elçin Sadıqov bildirib ki, xüsusi ittiham qaydasındakı şikayətin icraata qəbul edilməsindən imtina barədə vəsatət qaldırsa da, təmin edilməyib.

Növbəti proses 27 fevral saat 09:30-da keçiriləcək.

Qeyd edək ki, bir müddət əvvəl M. Hüseynov saxlanılıb. O, Nəsimi rayon Pİ-də təzyiqə məruz qalması barədə açıqlama verib. Bundan sonra M. Musayev onu məhkəməyə verib.

Gununsesi.info