
“Mehman Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi-polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılır. Ondan guya bir nəfər şikayət edib. Həmin şəxs deyib ki, şəhərin “Torqovı” adlanan mərkəzi küçəsində işə düzəlməyə gedərkən, yolda Mehman ona çiyni ilə toxunub. Bunun səbəbini soruşduqda isə M.Hüseynov onu söyüb. Sonra polis çağırıblar”.
Bu haqda Gununsesi.info-ya açıqlama verən M.Hüseynovun vəkili Elçin Sadıqov belə deyib. O bildirib ki, səhərdən indiyədək hələ də Mehman Hüseynovla görüşə bilməyib: “Hakim polisə dedi ki, Mehman Hüseynovu vəkillə görüşdürün. Ancaq polis şərait yaratmadı”-,deyə o bildirib.
E.Sadıqov qeyd edib ki, həmin maddə ilə Mehman Hüseynovu 30 sutka inzibati həbs və ya cərimə gözləyir.
Gülnaz Qənbərli
Gununsesi.info