Azərbaycanda bələdiyyə seçkilıri ilə bağlı danışarkən gənc blogger Mehman Hüseynovun kampaniyası göz önünə gəlir. Belə ki, əhalinin marağını çəkməyən bu seçkilərə müəyyən canlanmanı özünün apardığı kampaniya ilə Mehman Hüseynov gətirdi.
Dünən seçkiləri nəticələri açıqlanarkən məntəqə seçki komissiyalarının əksər nəticələrində Mehman Hüseynovun qalib olduğu elan olundu. Ancaq MSK-nın Qarqçuxur bələdiyyəsi ilə bağlı nəticələri insanları şoka salıb. Belə ki, elan olunan nəticələrdə Mehman Hüseynovun adı çıxmayıb. Onun əvəzinə isə müğənni Roza Zərgərlinin oğlu Con Qafarov qalib elan edilib.
Gununsesi.org həmin şəxsin fotosunu təqdim edir: