Mehmandarovlar haqqında yeni film

  • By admin
  • 05 Avqust 2022 20:10

“Mehmandarovlar” bədii-sənədli filmin çəkilişləri davam edir.

Bunu Publika.az-a açıqlamasında “Azərbaycanfilm” kinostudiyanın direktoru Nazim Hüseynov deyib.

O bildirib ki, filmin rayonlarda çəkilişləri tamamlanıb:

“Bakıda da çəkilişlər olacaq. Filmin premyerası oktyabrın 15-dən sonraya nəzərdə tutulur”.

Filmin büdcəsi 93, 250 manatdır.

Qeyd edək ki, filmin rejissoru Əməkdar incəsənət xadimi Yavər Rzayev, ssenari müəllifi isə tanınmış tədqiqatçı-alim Vasif Quliyevdir.

Gununsesi.info