“4 amnistiya aktı nəticəsində 39887 məhkum azad edilib”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında birinci vitse-prezident Mehriban Əliyeva çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2005-ci ildən millət vəkili kimi Milli Məclisdə fəaliyyətim müddətində 4 dəfə Amnistiya aktı təşəbbüsü ilə çıxış etmişəm. “Bu Amnistiya aktları nəticəsində ümumilikdə 39887 məhkum cəzadan azad edilib. Bu məsələdə mənə dəstək verən deputat həmkarlarıma minnətdarlığımı bildirirəm”- deyə, M. Əliyeva vurğulayıb.
M. Əliyeva ümidvar olduğunu bildirib ki, belə humanist addımlar Milli Məclisdə davamlı olacaq.
Mürtəza
Gununsesi.info