Mehriban Əliyeva amnistiya təklifindən danışdı

Mehriban Əliyeva amnistiya təklifindən danışdı

mehr

Milli Məclis Amnistiya elan olunması haqqında məsləni müzakirə edir.Moderator.az xəbər verir ki, Amnistiya aktı ilə bağlı H. Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva çıxış edərək bildirib ki, 28 may 1918-ci ildə AXC yaradılması Azərbaycan xalqının həyatına mühüm və əlamətdar hadisə kimi əbədi olaraq daxil olub.

“AXC fəaliyyəti dövründə xalqın öz müəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə nümayiş etdirmiş və Azərbaycanın müstəqil dövlət kimi dünyanın siaysi xəritəsinə yazılmasında müstəsna xidməti olub. Tariximizə müasir Azərbaycan Respublikasının qurucusu kimi daxil olan Heydər Əliyevin xatirəsini, ehtiramını, onun zəngin mənəvi irsini, azərbaycançılıq fəlsəfəsini, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən yaradılmış H. Əliyev Fondu müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət qurculuğunda fəal iştirak etməklə ölkənin inkişafına öz töhfəsini verib”, – deyə M. Əliyeva vurğulayıb.

Fondun prezidenti M. Əliyeva əlavə edib ki, son zamanlar H. Əliyev Fonduna ünvanlanmış məhkum edilmiş şəxslər və onların ailə üzvlərinin çoxsaylı müraciətləri ilə əlaqədar aparılan təhlillər cinayətlərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və digər zəruri hallar nəzərə alınmaqla, həmin şəxslərə münasibətsdə humanizm və mərhəmət prinsiplərinin nümaiyş etdirilməsini zəruri edir. M. Əliyeva deyib ki, H. Əliyev Fondu yarandığı dövrdən bir neçə amnistiya aktları qəbul edilməsinin təşəbbüskarı olub. Belə ki, Milli Məclis 2007-ci il 8 may tarixli qərarı ilə 9877 məhkum barəsində, 2009-cu ildə 17 mart tarixli qərarla 9564 məhkum, 2013-cü il 7 may tarixli qərarla 10 040 məhkum barəsində amnistiya tətəbiq edilib. M. Əliyeva bildirib ki, H. Əliyev ideallarını yaşadan humanizm, mərhəmətlik və insanpərvərlik ənənələrini davam etdirən, insan hüquqlarının və azadlıqlarının təmin edilməsinə xüsusi diqqət yetirən AR prezidenti ilham Əliyevin yürütdüyü siyasəti rəhbər tutaraq və amnistiyanın tərbiyəvi əhəmiyyətinə inanaraq, onların islah olunacaqlarına ümid edərək, 28 may-Respubklika Günü münasibəti ilə amnistiyanın elan olunması elan edilməsini təklif edirəm.

“Amnistiya aktının layihəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud I və ya II qrup əlil övladları olanlar, Azərbaycanın suverənliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpqalarından məcburi köçürülən və və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrum etmə cəzasından azad ediləcək. Həmçinin, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən, islah işləri, ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlara amnistiya tətbiq edilməklə cəzadan azad olunmaları gözlənilir. Aparılan təhlillərə əsasən, təqribən 10 000 şəxsin amnistiya aktının təsiri altına düşməsi, onlardan 3 500-ə yaxın məhkumun azadlıqdan məhrumetmə yerlərindən azad edilməsi proqnozlaşdırılır”, – M. Əliyeva qeyd edib.

COMMENTS