Martın 20-də – Novruz bayramı günündə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakıdakı diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşüb.
Gununsesi.info xəbər verir ki, ölkəmizdə akkreditə olunan diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşməkdən şad olduğunu bildirən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva çıxış edib.
Görüşün sonunda xatirə şəkli çəkdirilib. Diplomatik missiya rəhbərlərinin həyat yoldaşlarına Novruz sovqatları təqdim olunub.
Gununsesi.info