

Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunması Azərbaycan qadınının dünya miqyasında mövqeyinin daha da möhkəmlənməsi deməkdir.
Bu fikri Gununsesi.info-ya açıqlamasında millət vəkili Sevinc Fətəliyeva deyib.
Onun sözlərinə görə, birincisi, referendum zamanı Azərbaycan xalqı Konstitusiyaya nəzərdə tutulan dəyişiklikləri dəstəkləyərək islahatlara səs verdi.
“Xalq Azərbaycan Prezidentinin islahatların aparılması ilə bağlı təşəbbüslərini müsbət qarşılayıb. Təbii ki, hakimiyyətin müasir dövrün tələblərinə uyğun fəaliyyətini istəyiriksə, o zaman dövlətin idarəetmə strukturlarında müəyyən islahaltlar aparılmalı və müasir dövrün tələblərinə uyğun fəaliyyət qurulmalıdır. Ancaq islahatlar yolu ilə ölkə yeni inkişaf mərhələsinə qədəm qoya bilər. Bu islahatların da uğurlu həyata keçirilməsi üçün peşəkar, bacarıqlı və uğurlu kadrlara ehtiyac var. Məhz uğurlu kadrlar müasir dövrün çağırışlarına uyğun ölkənin uğurlu idarəetmə sistemini qura və irəliyə apara bilər. O baxımdan da, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Mehriban xanım Əliyevanın birinci vitse-prezident təyin edilməsi mühüm siyasi hadisədir və bu sərəncam islahatların daha da uğurla həyata keçirilməsinə böyük töhfə verəcək”.

Millət vəkili bildirib ki, Azərbaycan Prezidentinin M. Əliyevanın birinci vitse-prezident təyin etməsi ölkənin ictimai-siyasi həyatında çox mühüm siyasi hadisəyə çevrilib və ictimaiyyət bu sərəncamı çox böyük ruh yüksəkliyi ilə qarşılayıb:
“Mehriban xanım Əliyevanın birinci vitse-prezident təyin olunmasının digər bir əsas məqamı da ondan ibarətdir ki, bir müsəlman dövlətində qadının belə mötəbər dövlət vəzifəsinə təyinat alması Azərbaycan xanımının beynəlxalq aləmdəki mövqeyinin möhkəmlənməsinə xidmət edəcək”.
S. Fətəliyeva bildirib ki, onsuz da M. Əliyeva fəaliyyəti ilə özünü nəinki Azərbaycanda, eyni zamanda, dünyada peşəkar bir siyasətçi və ictimai xadim kimi təqdim edə bilib.
“Artıq beynəlxaql aləm onun peşəkar bir ictimai-siyasi xadim, dövlət xadimi kimi qəbul edir. Onun humanitar, sosial, mədəniyyət, təhsil, səhiyyə sahəsindəki təşəbbüsləri və həyata keçirdiyi layihələr hamıya bəllidir və müsbət qarşılanır.
Mehriban xanım Əliyeva bu layihələri təkcə Azərbaycan daxilində deyil, dünyanın bir sıra öılkələrində də həyata keçrir ki, bu da rəğbətlə qarşılanır və onun bu fəaliyyəti Azərbaycana beynəlxalq aləmdə əlavə dividentlər gətirir, Azərbaycanın dünyadakı mövqeyinin daha da möhkəmlənməsində xüsusi rol oynayır.
Ona görə də Azərbaycan Prezidentinin bu sərəncamı ancaq və ancaq ölkəmizin növbəti uğurlara imza atmasına vəsilə olacaq”- deyə, millət vəkili vurğualyıb.
O, həmçinin deyib ki, M. Əliyeva Azərbaycanın dünyaya tanıdılmasına müstəsna rola malik bir ctimai-siyasi xadimdir:
“Məhz onun rəhbərlik etdiyi Heydər Əliyev Fonudunun Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna xidmətləri olub. Onun fəaliyyəti nəticəsində Azərbaycan mədəniyyəti və musiqisini dünyaya daha geniş formada tədiqm etmək mümkün olub”.
S. Fətəliyeva onu da əlavə edib ki, M. Əliyeva təkcə Azərbaycanda yox, dünyada da humanist bir siyasi xadim kimi özünü təqdim edib:
“Elə onun təşəbbüsləri ilə Milli Məclisdə iki dəfə Amnistiya aktı qəbul olunub və on minlərlə insan azadlığa qovuşub. Sosial, səhiyyə sahəsində həyata keçirdiyi layihələr nəticəsində minlərlə xəstələrə, problemli insanlara yeni həyat bəxş edib. Bütün sadaladığımız və sadlamadığımız bu faktlar onun belə mühüm dövlət postunu tutmasını haqq etdirir. Və o, bu vəzifəyə layiq şəxsdir. İnanırıq ki, o, belə bir mühüm dövlət vəzifəsini tutumaqla üzərinə daha böyük məsuliyyət götürüb. Mehriban xanım Əliyeva bu vəzifəsinin öhdəsindən layiqincə gələcək və Azərbaycanı daha uğurlu sabahalara doğru aparacaq”.

Mürtəza
Gununsesi.info