
Birinci vitse-prezident Mehriban Əliyeva parlamentdə deputatların onunla bağlı çıxışına münasibət bildirib.
Gununsesi.info-nun xəbərinə görə, o, qeyd edib ki, əmindir ki, hər bir qələbənin, nailiyyətinin arxasında eyni niyyətli, eyni fikirli, güclü və vahid bir komanda durur:
“ Mən öhdəmə düşən vəzifənin məsuliyyətini dərk edirəm. Eyni zamanda, həyacan da keçirirəm, amma gələcəyə optimizmlə yanaşıram. Çünki bilirəm ki, məni dəstəkləyən xalqımız var. Bununla yanaşı, ölkəmizin İlham Əliyev kimi bacarıqlı, savadlı, güclü prezidenti var. Odur ki, müstəqilliyimizin bərkiməsi üçün əlimizdən gələni tam gücümüzlə bir yerdə, bir komanda kimi həyata keçirə biləcəyik”.
Kamil
Gununsesi.info