Mehriban Əliyeva Qənirə Paşayevanın durumunu nəzarətə götürüb

  • By admin
  • 24 Sentyabr 2023 17:32

Birinci vitse-prezident Mehriban  Əliyeva hazırda komada olan deputat Qənirə Paşayevanın durumunu şəxsi nəzarətə götürüb.

Bu barədə Gununsesi.info-ya Paşayevanın deputat həmkarı, tanınmış həkim Rəşad Mahmudov bildirib.

Onun sözlərinə görə, həkimlər Qənirə Paşayevanın durumuun yaxşılaşması üçün əlindən gələni edir:

“Həkimlərimizin yorulmaz səyinin və xalqımızın sonsuz dualarının nələrə qadir olduğu bizə yaxşı məlumdur”.

 

Mais

Gununsesi.info