Birinci vitse-prezident Mehriban Əliyeva mərhum Prezident Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib.
Gununsesi.org xəbər verir ki, M.Əliyeva onunla bağlı fikirlərini sosial media hesabında bölüşüb:
“Bu gün – 12 dekabr – Azərbaycanın və Azərbaycan xalqının həyatında və taleyində silinməz iz qoymuş dahi şəxsiyyət Heydər Əliyevin anım günüdür. Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm. Ölkəmizə sülh və tərəqqi arzulayıram”.
Gununsesi.org