Mehriban Əliyevadan Müstəqillik günü ilə bağlı paylaşım - FOTO

  • By admin
  • 28 May 2023 09:09

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instagram” hesabında 28 May – Müstəqillik Günü ilə bağlı paylaşım edib.

Gununsesi.info xəbər verir ki, paylaşımda deyilir:

“Əziz həmvətənlər!

Müstəqillik Günü münasibətilə sizi təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik, ölkəmizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram! Qoy Azərbaycanın dövlət müstəqilliyi əbədi və sarsılmaz olsun! Uca Tanrı Vətənimizi qorusun!”

Gununsesi.info