“Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunması ölkədə islahatların dərinləşməsinə təkan verəcək” - DEPUTAT

  • By admin
  • 21 Fevral 2017 15:43

mehriban xanim-preziodent

Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunması ölkədə islahatların daha da dərinləşməsinə və davamlı olmasına təkan verəcək.
Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

??????????????????????????????????????????????????????????
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Mehriban Əliyevanı birinci vitse-prezident təyin etməsi ilə cəmiyyətin islahatlarla bağlı gözləntiləri doğrultmuş oldu.

 

Ona görə də bu, çox uğurlu bir sərəncamdır. Çünki Mehriban Əliyeva artıq beynəlxalq səviyyədə tanınmış siyasi bir xadimdir. O, artıq kifayət qədər siyasi təcrübə əldə edən şəxsdir. O baxımdan da, onun birinci vitse-prezident təyin olunması Azərbaycanın inkişafına, islahatların daha da dərinləşməsinə və davamalı olmasına öz töhfəsini vermiş olacaq. Onun təyinatı Azərbaycanın ictimai-siyasi həyatında ciddi dəyişikliklərə səbəb olacaq” -deyə, millət vəkili vurğulayıb.

elimemmed
“Konstitusiya Araşdırmları” Fondunun prezidenti Əliməmməd Nuriyev öz növbəsində bildirib ki, M. Əliyevann birinci vitse-prezident vəzifəsinə təyinatı uğurlu bir təyinatdır və o, vəzifəyə layiqli bir namizəddir.

“Əgər belə demək mümkünsə, Mehriban xanım Əliyeva bu vəzifəni çoxdan haqq etmiş bir şəxsdir. Çünki onun uğurlu fəaliyyəti bunu sübut edir. Mehriban Əliyeva fəaliyyəti müddətində Azərbaycan həqiqətlərinin, istər Dağlıq Qarabağ, istər Xocalı soyqırımı həqiqətlərinin dünyaya çatdırılmasında, tanıdılmasında, istər ölkənin bütövlükdə informasiya blokadasından çıxarılmasında,  istərsə də Azərbaycan mədəniyyətinin dünya ictimaiyyətinə təqdim olunmasında müstəsna xidmətləri olan bir şəxsdir.

Bu gün Mehriban Əliyeva nəinki Azərbaycanda, beynəlxalq aləmdə bir humanist insan kimi şöhrət qazanıb. Onun istər məhbusların azadlığa çıxması istiqamətində bir neçə Amnistiya aktı təşıbbüsü ilə çıxış etməsi, istərsə sosial, səhiyyə sahəsində həyata keçirdiyi layihələr bunu bariz göstəricisidir. Bu layihələr təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində həyata keçirilib. Biz bu gün Azərbaycanda elə bir sahənin adını şəkə bilmərik ki, Mehriban xanımin orada həyata keçirdiyi layihə olmasın.

Istər biz Birinci Avropa Oyunlarını, istərsə də digrə beynəlxalq səviyyəli layihələri sadalaya bilərik. Mehriban xanım Əliyeva artıq özünü peşəkar siyasətçi və ictimai-siyasi xadim kimi təqdim etdiyindən, onun belə bir vəzfəyə təyinat alması ən uğurlu təyinatdır”- deyə, Ə. Nuriyev vurğulayıb.
Ə.Nuriyev onu da əlavə edib ki, M.Əliyevanın təyinatı dövlətimizin inkişafına və rifah halının yaxşılaşmasına öz töhfəsini verəcək:

“Onun təyinatı eyni zamanda, Azərbaycanda islahatların daha da dərinləşməsi və davamlı olamsına gətirib çıxaracaq”.

aydinm

“Hörmətli Mehriban xanım Əliyevanı Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edilməsi münasibəti ilə təbrik edirəm. Mehriban xanım Azərbaycanda və dünyada fəal ictimai-siyasi fəaliyyəti, uğurlu layihələri və aydın mövqeyi ilə tanınır”.

Bunu isə millət vəkili Aydın Mirzəzadə dilə gətirib.
Mürtəza
Gununsesi.info