Mehriban Əliyeva Arif Paşayevi təbrik etdi

  • By admin
  • 15 Fevral 2023 14:35

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevi doğum günü münasibəti ilə təbrik edib.

Gununsesi.info xəbər verir ki, Birinci vitse-prezidentin rəsmi sosial şəbəkə hesabında paylaşdığı təbrikdə deyilir:

“Böyük ürək sahibi, nurlu, mehriban İnsan! Ad günün mübarək! Sənə möhkəm cansağlığı, gümrahlıq və gözəl əhval-ruhiyyə arzulayıram! Sən gözəl ata və qayğıkeş babasan! Sənə sevgimiz sonsuzdur! Ömrün uzun olsun! Uca Allah bütün valideynləri qorusun!”.

Gununsesi.info