Mehriban Əliyeva arxiyepiskopun vəfatı ilə bağlı PAYLAŞIM ETDİ

  • By admin
  • 11 İyun 2021 11:11

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstaqram” səhifəsində Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinin vəfat etməsilə bağlı paylaşım edib.

Gununsesi.info-nun məlumatına görə, paylaşımda deyilir:

“Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu, Zati-müqəddəsləri Aleksandr səmimi, mehriban, genişürəkli insan idi. Peşəsinə hədsiz sədaqəti, multikultural dəyərlərin inkişafında və konfessiyalar və sivilizasiyalar arasında dialoqun genişləndirilməsi sahəsindəki xidmətləri ona Azərbaycanda böyük sevgi və hörmət qazandırmışdır. Onun nurlu xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaqdır. Bu hüznlü gündə Uca Tanrıdan ona rəhmət, doğmalarına və yaxınlarına səbir diləyirəm!”