Mehriban Əliyeva Qəşəm Nəcəfzadəyə ev bağışladı

  • By admin
  • 14 Fevral 2023 21:10

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva şair, publisist Qəşəm Nəcəfzadəyə ev hədiyyə edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Qəşəm Nəcəfzadə özünün “Facebook” səhifəsində məlumat yayıb.

Şair qeyd edib ki, ona bağışlanan ev Bakı şəhərində yerləşir.

Q.Nəcəfzadə diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Gununsesi.info