Mehriban Həbibovanın məhkəmə istintaqı yekunlaşıb

  • By admin
  • 07 Oktyabr 2016 18:00

mehkeme 

 

Oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə dələduzluqda təqsirləndirilən Mehriban Həbibova və Nicat Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Gununsesi.info-nun  xəbərinə görə,  prosesdə  məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Məhkəmənin növbəti iclası oktyabrın 14-nə təyin edilib.

Qeyd edək ki, M.Həbibova və N.Əzizov Bakı şəhər sakinlərinə qarşı dələduzluqda etməkdə təqsirli bilinərək polis əməkdaşları tərəfindən saxlanılıb. Cinayət işində 8 zərərçəkmiş var. M.Hüseynova və N.Əzizov Cinayət Məcəlləsinin 178.3.2-ci (dəlduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub. N.Əzizov barəsində həbs qətimkan tədbiri seçilməyib. O, hazırda zamindədir. Xatırladaq ki, M.Hüseynova daha əvvəllər məhkumluq həyatı yaşayıb.

Gülnaz Qənbərli

Gununsesi.info