“QHT işi” üzrə ittiham olunan, ABŞ-nin “German Marşal Fondu”nun Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimlinin işi üzrə məhkəmə başlayıb.
Gununsesi.info xəbər verir ki, APA-nın xəbərinə görə, fevralın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra M.Rəhimlinin vəkili Cavad Cavadov vəsatət verərək cinayət işinə xitam verilməsini xahiş edib.
O bildirib ki, M.Rəhimli gördüyü iş müqabilində maaş alıb, istintaq orqanı isə həmin maaşı qrant kimi təqdim edib. Məhkəmə vəsatəti təmin etməyib.
Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası fevralın 25-nə təyin edilib.
Mehriban Rəhimli Baş Prokurorluqda “QHT işi” ilə bağlı başladılan cinayət işi çərçivəsində ötən ilin mart ayında istintaqa cəlb olunub.
Onun barəsində istintaq müddətində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.












