Mehriban Rəhimlinin ölkədən çıxışına qoyulan “stop” götürülüb

  • By admin
  • 10 İyun 2024 09:23
REAL Partiyasının funksioneri, Marşal Fondunun Azərbaycandakı təmsilçisi Mehriban Rəhimlinin ölkədən çıxışına qoyulan məhdudiyyət götürülüb.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə onun özü deyib.
“Toplam 5 dindirilmədən sonra üzərimdə olan stoplar qaldırıldı və mən 7 aydan sonra ilk işgüzar səfərimə gedirəm. Dindirilmələr saatlarla sürsə də, mən bunu anlayışla qarşıladım, çünki hazırda Azərbaycan müstəqil vətəndaş cəmiyyətinə ən böyük dəstəyi təmsil etdiyim GMF verir. Azərbaycan qanunvericiliyinə uyğun şəkildə, hələ də mümkün olan nəfəsliklər vasitəsi ilə bu edilir. Sualların bu şəkildə verilməsi təbii olmasa da, gözlənilməz deyildi. Təmkinlə bütün suallara bilgilərim çərçivəsində cavab verdim, mənə qarşı çox korrekt və sayğılı davranış sərgilədilər. Bank hesablarım üzərində həbs məhkəmə qaydasında verildiyi üçün, onu yalnız bu yolla qaldırmaq olar və bu müəyyən vaxt aparacaq. Səfərim Vaşinqtonadır”.
Afət
Gununsesi.info