Mehriban Zeynalova: “Boşanmasına səbəb qayınatasının qeyri-adekvat davranışları olub…”

  • By admin
  • 05 Avqust 2016 11:40

mehri-5

 

Ölkədə azyaşlıların və nikah yaşına çatmayanların valideynləri tərəfindən məcbur ərə verilməsi tendensiyası əvvəllər ucqar əyalətlərdə baş verirdisə, hazırda bu halla istənilən bölgədə rastlaşmaq mümkündür. Bəzən bu cür nikahların aqibəti faciəylə, bəzən isə xoşagəlməz hallarla bitir. “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinın (İB) sığınacağına üz tutan qadınların əksəriyyəti bu bəlanın qurbanlarıdır. İB-in sədri Mehriban Zeynalova Gununsesi.info-ya müsahibəsində bu haqda danışıb.

 

“Qayınata-gəlin arasında əxlaqi məslələrlə bağlı problemləri olub…”

 

– Mehriban xanım, sosial şəbəkdə statuslarınızda erkən nikahlarla bağlı həyəcan siqnalı verirsiniz…

– Bizə müraciət  daxil oldu,   daha doğrusu, polis əməkdaşları xanımı bizə istiqamətləndirdi. Sığınacağımıza daxil olan hər bir şəxslə bağlı ayrıca qiymətləndirmə aparılır. Qiymətləndirmə zamanı təkcə qurbanın özünün deyil, qohumlarını və ətrafını da araşdırıb vəziyyəti qiymətləndirirk. Söhbət zamanı məlum oldu ki, xanım erkən nikah qurbanıdır.  Həm də təkcə özü yox, bacısı da eyni vəziyyətdədir.   R.İ. (ad şərtidir-red.) valideynlərinin tələbi ilə erkən nikaha daxil olub.  İlk dəfə 3 cəmi  ay  ərdə olub. Özünün dediyinə görə, boşanmasına səbəb qayınatasının ona qarşı qeyri-adekvat davranışları olub. Qayınata-gəlin arasında əxlaqi məslələrlə bağlı problemləri olub. Xanım da büna təhəmmül edə bilməyərək, 3 ay sonra atası evinə geri  qayıdıb.

– Yəni, qaynatası gəlininə pis gözlə baxıb?

-Elə deyir. Yəni, elə şeylər var ki,  sübut olmayanda danışa bilmirik. Ancaq həmin qadının sözlərinə  görə, baş berənlərdən məlumatlıyıq.

– Bu hadisə hansı bölgədə baş verib?

– Xanım Kürdəmir rayonundandır. Amma ailəsi onu 1-ci dəfə  Agsuya ərə vermişdi.  Geri qayıtdıqdan sonra isə  təkar xalası oğluna ərə verilib, özü də yenə valideynlərinin tələbiylə. Bu dəfə isə yaxın qohumlarına. Ailə ümumiyyətlə, konfiliktli ailədir.  Ailə daxilində kifayət qədər qarşıdurmalar var.  Öz qohumuna ərə verilməsinə baxmayaraq, həyat yoldaşının bacılarıyla, bacılar gəlinlə münaqişədədir.  Bütün bunlara baxmayaraq, qadının həyat yoldaşı çox təvazökar insandır. Lakin ailədə  situasiyanı heç cür idarə edə bilmir. Söhbət zamanı müəyyənləşdirdik ki, həmin qızın digər bacısı da yetkinlik yaşına çatmamış ərə gedib. Eləcə də həmin ailənin 15 yaşlı oğlunu da, valideynlərin tələbiylə nişanlayıblar.

 

“Baldız 1 yaş 3 aylıq  uşağı necə vurubsa, gözunun üstündə çapıq və görməsində problem yaranıb”

 

Qızların erkən nikahı bəzən onların ailələrinin “duz yükü”  ittihamıyla əlaqədar olur. Bəs 15 yaşlı oğlanı niyə erkən nikaha məcbur edirlər?

-Burada da valideyn faktoru sas rol oynayır. Oğlanın valideynləri qərar veriblər ki, evlərində gəlin görmək istədikləri qız başqasına qismət olmasın deyə, elçi gedib, “hə”sini almaq lazımdır. Öz aləmlərində qabağa düşüblər. Qızın valideynləriylə söz kəsilib, üzük verilib. Görünür, bu ailədə daha çox valideynlərin tələbiylə ailə qurulur. Yəni, qızları necə ərə veriblərsə, oğlanın da həyatını o cür həll ediblər. Bu ailədə, ümumiyyətlə, övladlar öz şəxsi həyatlarıyla bağlı qərar veriləndə iştiraketmə hüquqlarından məhrumdurlar. Odur ki, hər birinin də taleyində ayrı-ayrılıqda dəhşətli problemlər yaşanır.

Bölgələrdən bu tipli şikayətlərlə sizə müraciət edənlər çoxdurmu?

-Bəli. Bu günlərdə  sığınacağımıza bu cür taleli başqa bir qadın da gəlmişdi. Əslən Tovuzdan olsa da, Bakıda yaşayır. Eyni problemlərlə o da üzləşib. 16 yaşında  qoşulub qaçaraq, ailə qurub. Ailədə konflikt, zorakılıq, xoşagəlməz ittihamlar və s.  Baldızı, qaynana və digər qohumları  tərəfindən xoşagəlməz münasibətlər görüb. İttihamlar, təzyiqlər artıqda əsəblər tarım çəkilib və nəhayət,  gənc qadın evdən çıxıb. Eyni zamanda, valideynləri də onu geri qəbul etmir. Bu qadın nə boşana , nə də valideynlərinin yanına qayıda bilir.  Həyat yoldaşının ailəsinə  yenidən geri qayıtsa,  konfiliktlər başlayacaq. Çünki qadınlar arasında konflikt baş verəndə gəlinin azyaşlı körpəsi də ciddi  xəsarət alıb. Baldız 1 yaş 3 aylıq  uşağı necə vurubsa, gözunun üstündə çapıq və görməsində problem yaranıb.  Müayinə zamanı bəlli oldu ki, körpənin ciyərlərində su da yığılıb. Ona görə də, təcili xəstəxanaya yerləşdirdik ki, müalicəsiylə məşğul olunsun. Yəni, son günlərdə erkən nikahın qurbanlarının problemlərini həll etməklə məşğuluq.  Hazırda 16 yaşlı başqa bir  qızın da sığınacaqda problemiylə məşğuluq. Valideynlər onu yola vermir,  erkən nikaha məcbur ediblər. Amma o, taleyinə boyun əyməyib,  evdən qaçıb.  Yeniyetmə qızı isə bizə Ağdaş rayon polis əməkdaşları istiqamətləndirib.  Bir dəfə ailəsiylə barışmaları üçün cəhd göstərdik,  əmisi söz verdi ki, himayəsinə götürsün.  Buna baxmayaraq, ata kobudluq elədi, qeyri-etik ifadələr işlətdi. Sənədləri də yoxdur. İndi çalışırıq ki, sənədlərin bərpa edək, təhsilini peşə litseylərində davam edə bilsin. Digər 16 yaşlı  yeniyetmə qız isə eyni problemlə Balakəndən gəlib.  Onun davranışlarında problem var, sərbəst yaşamaq istəyir. Qəyyumunun yanına qayıtmaq istəmir. Valideynlərini erkən itirdiyindən xalası ona qəyyumluq edir. Bax belə azyaşlılar arasında  kifayət qədər problemli davranışa malik  qızlar var.

 

“Qızların bəzisi valideynlərinin tələbiylə, bəziləri isə  özləri qoşulub qaçaraq, erkən yaşlarında nikaha girir və ya sərbəst yaşamaq istəyirlər”

 

– Evdən qaçan yeniyetmə qızların hamısı ailədən pis münasibət görənlərdir, ya başqa səbəblər də var?

-Səbəblər müxtəlifdir. Onların bəzisi valideynlərinin tələbiylə, bəziləri isə  özləri qoşulub qaçaraq, erkən yaşlarında nikaha girir və ya sərbəst yaşamaq istəyirlər.  Bəziləri isə təhsilə meyillidirlər deyə, erkən nikaha girməmək üçün arzularının arxasınca evdən qaçırlar. Məsələn, Ağdaşdan olan qızın  davranışarında problem yoxur, eyni zamanda, təhsil almağa da maraqlıdır. Balakəndən gələn xanımın davranşlarında isə kifayət qədər problem var. Baxmayaraq ki, azyaşlıdır,  amma tam sərbəst yaşamaq istəyir.  Hüququ statuslara hec cür sığışmaq istəmir.  Düşünür ki, sığınacaqda qalmaq onun üçün çox sıxıcıdır. Bütün bunlara baxmayaraq,  cəhdlərimizi davam etdiririk ki, qızın  mühitə adapasiya olunması üçün əlimizdən gələni edirik.

Sığınacağa müraciətlərdə vəziyyət necədir?

– Son zamanlar müraciət edənlərin sayı çoxalıb. Hazırda bizə sığınacaqda yaşaması üçün müraciət edən bir xanıma vaxt verdik. Bu xanım da uzun müddər zorakılığa məruz qalmışdı,  söhbət ondan gedir ki, vaxtına lazımı instansiyalara müraciət etməmək  və sairə bu həddə gətirib çıxarır. İndi-indi mühafizə orderinin tətbiqi məsələləsi gündəmdədir, icra hakimiyyətləri bu məsələylə bağlı böyük işlər görür.  Ancaq yenə də  xidmət  paketlərində  genişləndirmə və sosial iş sistemini gündəmə gətirmək,  hər bir ailəyə sosial işçini istiqamətləndirmək lazımdır. Bugünkü ailədə mütləq şəkildə  sosial işin təbliğinə ehtiyac var. Psixoloji iş səyyar olaraq evlərdə görülməlidir. Bunun üçün də, təbii ki, resurslar lazımdır.

 

“Erkən nikah cəhalətin nəticəsidir”

 

– 15 yaşlı oğlanın evləndirilməsi məsələsinə qayıdaq. Bəs bu cür yeniyetmələri  erkən nikah “terroru”ndan necə qurtarmaq olar?

– Ümumiyyətlə, erkən nikah cəhalətin nəticəsidir.  Onlar Kürdəmirdə yaşayırlar.  Yəqin atasıyla telefon danışıqlarımız olacaq. Çünki qızın (bacısının) əri xahiş edir ki, qayınata ilə danışaq. Gənc ailəni himayə etsinlər.   Ailə dağılmasın və birgə nikah davam eləsin. O zaman  yeniyetmə oğlanın da erkən nikahdan əziyyət çəkməməsi üçün valideynləriylə söhbət edəcəyik.

– Sığınacağınızda yaşayan əcnəbi qadınların buraya yerləşmə səbəbi nələrdir?

-Hazırda sığınacağımızada iki əcnəbi qadın yaşayır. Filippindən  və Özbəkistandan olan qadınların öz ölkəsinə qaytarılması üçün bilet pulu və digər problemlərini həll etməyə çalışırıq. Belə hallar olanda Beynəxalq Miqrasiya Təşkilatıyla danışıqlar aparırırq.  Əcnəbi xanımar kifayət qədər tez adapasiya olunan, qaydalara riayət edən insanlardır.  Tezlikə onları öz ölkələrinə yola salacağıq.

 

“İnsanlar bəzən sığınacqdan olan qadınınlara spesifik prizmadan yanaşırlar. Əgər qadın sığınacaqda yaşayırsa…”

 

–  Sığınacağa daha hansı problemlərə üzləşənlər üz tutur?

– Müxtəlif cür problemlərlə üzləşən qadınlar bizə ü”z tutur. Məsələn, hazırda sığınacağımızda yaşayan bir qadın həyat yoldaşı tərəfindən borca salınıb. Nə qədər obyektivdir, bilmirəm, ancaq qadının əri tərəfindən borca salınıb. Doğrudur, əri bütün bunları qəbul etmir. Ittihamlardan qaçır. Ancaq qadının dediyinə görə, özünün heç bir iştirakı olmadan bankdan əri tərəfdən adına kullu miqdarda pul götürülüb. O, körpə uşaqlıdır. Bu məsələyə görə həbs edilə bilər. Biz onunla  bağlı müraciət etmək istəyirik. Əgər ilkin ödəniş olaraq 500 AZN verilərsə, o zaman məhkəmə bu qərarı uzada bilər. Ta ki, pul tapib borclarını ödəyənədək. Həmin qadına iş də tapmağa çalışırıq ki, öz ayaqları üzərində dayana bilsin. Bundan əvvəl elan vermişdik. Təklif olunan iş yerlərindən birinə getmişdi, xoşagəlməz təkliflər edildiyinə görə, razılaşmamışdı.  İşə və maliyyə dəstəyinə ehtiyacı olsa da, özəl şirkətdəki həmin işdən imtina etdi.

Bu seksual xarakterli təklif olub?

– Bəli, özünün dediyinə görə, ona qarşı kifayətqədər xoşagəlməz bir formada davranış  baş verib. Ona görə də, dərhal  təklifdən imtina etdi. Həmin vaxt başqa iş təklifləri də var idi. Lakin sonradan bu təkliflər də özünü döğriltmadı. İnsanlar bəzən sığınacqdan olan qadınınlara spesifik prizmadan yanaşırlar. Əgər qadın sığınacaqda yaşayırsa… Deməli, edilən təkliflərə ağına-bozuna baxmadan razılaşacaq… Maarifləndirməyə ehtiyac böyükdür, məncə. İnshəallah, bunun da öhdəsindən gələcəyik.

Gülnaz Qənbərli

Gununsesi.info