MEK “Xəlil Rza Ulutürk-90” adlı virtual sərgini təqdim edir

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən xalq şairi, tənqidçi, ədəbiyyatşünas Xəlil Rza Ulutürkün anadan olmasının 90 illiyi münasibətilə “Xəlil Rza Ulutürk-90” adlı virtual sərgi hazırlanıb. Sərgidə şairin “Taparam səni”, “Yeni zirvələrdə”, “Firəngiznamə”, “Mənə bənzə”, “Ayla günəş arasında”, “Bağışla, ey Vətən”, “Türkün dastanı”, “Məndən başlanır Vətən”, “Həyat, həyat deyə çırpınan könül”, “Dünyaya pəncərə”, “Dünyanın ədəbi xəritəsi”, “Eşqim, vəfadarım mənim”, “Doğmalıq və ucalıq”, “Xalq şairi Söhrab Tahir haqqında”, “Sabir Rüstəmxanlı haqqında”, “Ustadı Bəxtiyar Vahabzadə haqqında”, “Ustadım Əkrəm Cəfər”, “Seçilmiş əsərləri” və s. vətən, azadlıq, istiqlal, həmçinin həyat, dünya, insanın mənəvi aləmi haqqında kitabları yer alır.

Qeyd edək ki, virtual ilə yanaşı, MEK-də ənənəvi sərgi də təşkil olunub. Sərgi ayın sonunadək davam edəcək.

Guunnses.info