Meksika-ABŞ arasında olan divar mübahisəsinə maraqlı həll yolu tapıldı

  • By admin
  • 31 İyul 2019 09:46

Kaliforniya Universitetinin Memarlıq fakültəsinin professorları Meksika-ABŞ arasında uzun müddətdir davam edən divar mübahisəsinə maraqlı həll yolu fikirləşiblər.

Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, professorlar Ronald Rael və Virciniya San Fratello Donald Trampın Meksika ilə sərhəddə güclü divar hörmək arzusuna yelləncəklə “cavab veriblər”.

 Belə ki, alimlər sərhədin hər iki tərəfindən yelləncək quraraq uşaqları sevindiriblər. Azyaşlıların əyləndiyi anlar isə lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb. Layihə və ideya hər kəs tərəfindən çox bəyənilib.





Gununsesi.org