Meksika körfəzinin adı dəyişir: - ABŞ Sahil Mühafizəsi və Florida "Amerika Körfəzi" deyir

Trampın dəstəyi ilə ABŞ Sahil Mühafizəsi və Florida Meksika körfəzini “Amerika körfəzi” adlandırmağa başladı.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, lakin bölgənin rəsmi adı hələ də dəyişməyib.

Tramp vəzifəyə gəldikdən sonra imzaladığı prezident fərmanı ilə bölgənin adını dəyişməyi hədəfləyib.

USCG çərşənbə axşamı bildirib ki, Texas və Meksika arasındakı dəniz sərhədi “Amerika Körfəzi” adlanacaq.

Florida qubernatoru Ron DeSantis də ötən bazar ertəsi verdiyi rəsmi sərəncamda bu addan istifadə etdi və qış fırtınasının “Amerika körfəzi” üzərindən keçdiyini açıqladı.

Fərman Daxili İşlər Nazirindən 30 gün ərzində 617,800 kvadrat mil dəniz hövzəsinin adını dəyişdirmək üçün bütün lazımi addımları atmağı tələb edir.

Bundan əlavə, ABŞ Geoloji Xidməti (USGS) və Coğrafi Adlar İnformasiya Sistemi (GNIS) yenilənəcək və “Meksika körfəzi” ifadəsi rəsmi qeydlərdən silinəcək.

Beynəlxalq səviyyədə dəniz ərazilərinin adlandırılması ilə bağlı məcburi bir protokol yoxdur. Ona görə də Trampın fərmanı yalnız ABŞ daxilində rəsmi sənədlərdə ad dəyişikliyinə səbəb ola bilər. Lakin digər ölkələr bu dəyişikliyi qəbul etmək məcburiyyətində qalmayacaqlar.

ABŞ Geoloji Adlar Şurası ad dəyişikliklərinin yalnız tarixi məna daşıması lazım olduğunu və bu cür dəyişikliklərin təşviq edilmədiyini vurğuladı.

Orxan Saffari

Gununsesi.info