Meksikada 19 nəfər öldürüldükdən sonra yandırılıb

  • By admin
  • 24 Yanvar 2021 10:44
Polis əməkdaşları Meksikanın şimal-şərqindəki Tamaulipas və Nuevo-Leon ştatlarının sərhədində 19 nəfərin meyitini yandırılmış halda aşkar ediblər.

Gununsesi.info-un məlumatına görə, bu barədə “Milenio” qəzeti xəbər yayıb.

İlkin məlumatlara görə, cəsədləri tapılan şəxslər iki cinayətkar dəstə arasındakı qarşıdurmanın qurbanlarıdır. Prokurorlar hadisə ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, 2020-ci ildə Meksikada 34 500 qəsdən adam öldürmə cinayəti törədilib.