Meksikada 23 nəfər qətlə yetirilib

  • By admin
  • 27 Noyabr 2017 09:20

Meksikanın şərqində Verakrus ştatında 48 saat ərzində 23 nəfər öldürülüb.

Gununsesi.info xəbər verir ki, zorakılığın artması yerli cinayətkar qruplaşmaların fəallaşması ilə bağlıdır.

Ştatın br neçə rayonunda hakimiyyət hüquq-mühafizə orqanlarını gücləndirilmiş iş rejiminə keçirib, lakin bu addım da kömək etməyib.

Milli İctimai Təhlükəsizlik Sisteminin məlumatına görə, 2016-ci ilin dekabr ayından 2017-ci ilin oktyabr ayına qədər Veraksrus ştatında 1,5 mindən artıq qəsdən adam öldürmə qeydə alınıb.

Gununsesi.info