Meksikada 6 nəfər qətlə yetirilib

  • By admin
  • 08 Yanvar 2018 08:55

Meksikanın Kolima ştatının Tekoman şəhərində 6 nəfər cinayətkarlar tərəfindən güllələnib.

Gununsesi.info xəbər verir ki, bu barədə yerli baş prokurorluqdan bildiriblər.

Məlumata əsasən, hadisə 5 nəfər hadisə yerində ölüb, 1 nəfər isə daha sonra xəstəxanada. Bundan əlavə 2 nəfər yaralanıb.

Qeyd edək ki, Meksikada son 3 gün ərzində Meksikada çox sayda qətl hadisələri baş verib. Belə ki, 2 gün əvvəl Syudad-Huaresdə 15 nəfər öldürülüb. Ötən gecə Herrero ştatında özünümüdafiə dəstəsi və yerli sakinlər arasında silahlı toqquşma zamanı 12 nəfər ölüb.

Gununsesi.info