Meksikada 7 baldan çox zəlzələ oldu

  • By admin
  • 23 İyun 2020 21:28

Meksikada 7,1 bal gücündə zəlzələ olub.

Gununsesi.org xarici mediaya istinadən xəbər verir ki, bu barədə Meksikanın Milli Seysmologiya Mərkəzi məlumat yayıb. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələnin gücünü 7,3, ABŞ Geoloji Xidmət Mərkəzi isə 7,7 qeyd edib.

Təkanlar Oahako ştatında Krusesita şəhərindən 131 kilometr məsafədə 12 kilometr dərinlikdə baş verib. Zəlzələ paytaxt Mexikoda da hiss olunub.

 

 

Gununsesi.org