
Meksikada zəlzələ baş verib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzi məlumat yayıb.
Belə ki, Meksikanın Pijijiapan şəhərinin 123 kilometr cənub-qərbində, yerin 33 kilometr dərinliyində meydana gələn zəlzələ 8 bal gücündə olub.
Hazırda dağıntı və tələfat barədə məlumat verilmir.
Qeyd edək ki, Sakit okean Sunami Xəbərdarlıq Mərkəzi Meksika, Honduras, Ekvador, Qvatemala, Nikaraqua və Panama ərazisində sunami təhlükəsinin olduğuna dair xəbərarlıq edib.
Anar
Gununsesi.info