
Meksikada ölümlə nəticələnən yol qəzası baş verib.
Gununsesi.org xəbər verir ki, APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza Mexiko ştatında, Mexiko-Paçuka yolunun 16-cı kilometrliyində qeydə alınıb.
Üç avtobusun toqquşması nəticəsində 11 nəfər ölüb, 25 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.