Meksikada başları kəsili 9 cəsəd tapıldı - FOTO

  • By admin
  • 22 Noyabr 2016 14:05

cesed
Meksikanın cənubunda yerləşən Querrero əyalətində başları kəsilərək yol kənarına atılmış 9 cəsəd tapılıb. Sən demə, baş kəsmək təkcə “İŞİD” terrorçuları arasında dəbdə deyil.
Gununsesi.info-nun “Vatan” qəzetinə istinadən xəbər verir ki, Querrero əyalətininin polis idarəsinin sözcüsü Roberto Alvarez bildirib ki, torbaların içində, adyala bükülü şəkildə yol kənarına atılan 9 cəsədin üzərində zorakılıq və işkəncə əlamətləri var.
Daha sonra R. Alvarez son üç gün ərzində öldürülənlərin sayının 14-ə çıxdığını və cəsədlərdən birinin ordu sıralarında xidmət edən əsgərə aid olduğunu deyib.
R. Alvarezi qeyd edib ki, oktyabr ayında ordu sıralarında xidmət edən iki əsgər narkokartel tərəfindən qaçırılmışdı. Bir müddətdən sonra qaçırılan əsgərlərin cəsədləri tapılmışdı.
Meksikada bir-birinə müharibə elan edən narkokartel üzvləri arasında da düşmən qruplaşmasının əsir alınmış üzvlərinin başları kütləvi kəsilir. Bununla da, narkobaronlar həm ictimaiyyətə, həm də rəqiblərinə kompromissiz olduqlarını nümayiş etdirirlər. Beləliklə də baş verən münaqişlər zamanı hər il onlarla insan həyatını itirir.
Anar

Gununsesi.info