Meksikada dəhşətli olay - HİSSƏLƏRƏ BÖLÜNMÜŞ İNSAN MEYİTLƏRİ TAPILIB

  • By admin
  • 07 Noyabr 2017 08:20

Meksikanın Qerrero ştatında hissələrə bölünmüş 7 insan meyiti aşkarlanıb. 

Gununsesi.info xəbər verir ki, plastik paketlərə yığılmış meyit hissələri Çilapa şəhəri yaxınlığında yolun kənarında aşkarlanıb.

Qeyd edək ki, bu qeyd olunan rayonda ilk hadisə deyil. Bu ilin martında 13 plastik paketə yığılmış 7 meyitin hissələri tapılmışdı. Cinayətə səbəb kimi yerli cinayətkar qruplaşmalar arasında narkotik bazarına nəzarət uğrunda davam edən mübarizə göstərilmişdi.

Gununsesi.info