Meksikada dağıdıcı tornado: Ölənlər və yaralananlar var – VİDEO

  • By arzu
  • 09 May 2020 11:10
Tornado qasırğası Meksikanın şimal şərqində yerləşən Nuevo-Leon ştatında ciddi fəsadlar törədib.
Televisa telekanalı regional xilasetmə xidmətinin rəhbəri Migel Peralesə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində iki nəfər həyatını itirib, yaralılar var.
Tornado nəticəsində yüzlərlə ev və tikililərə ziyan dəyib, maşınlar yararsız hala düşüb, mobil rabitə kəsilib.

Xəbər oxu.az saytında dərc edilib.

 

Gununsesi.org