Meksikada güclü zəlzələ olub

  • By Mina
  • 22 Aprel 2024 09:21

Meksika sahillərində 5,4 maqnitudalı zəlzələ baş verib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-nin Geologiya xidməti məlumat yayıb.

 

Yeraltı təkanların episentri Mansanilo şəhərindən 168 kilometr cənubda, 10 kilometr dərinlikdə yerləşir.

 

Dağıntı və tələfat barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.

Gununsesi.info