![](https://www.gununsesi.info/wp-content/uploads/2016/12/zelzele-250x200.jpg)
Meksikanın qərb sahillərində Rixter şkalası üzrə 7 bal gücündə zəlzələ baş verib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələdən sonra sunami təhlükəsi barədə xəbərdarlıq olunub.
Belə ki, əvvəl sunami təhlükəsi barədə xəbərdarlıq edilsə də, sonradan Havay adalarında yerləşən Pasifik Tsunami Xəbərdarlıq Mərkəzi tərəfində ləğv edilib.
Qeyd edək ki, hadisə nəticəsində dağıntılar və xəsarət alanlar barədə hələ məlumat verilməyib.
Anar
Gununsesi.info