Meksikanın Zasetekas şəhərində işgəncə ilə öldürüldüyü güman edilən 7 nəfərin cəsədi tapılıb.
Gununsesi.info bildirir ki, Meksika mətbuatında yer alan xəbərə görə, əyalətin Loreto qəsəbəsindəki yolda cəsədlər aşkarlanıb.
Hadisə yerinə gələn polis qrupları yolda tapılan cəsədlərin 7 kişiyə aid olduğunu müəyyən edib.
Səlahiyyətlilər cəsədlərdə zərbə izlərinin olduğunu və bu şəxslərin işgəncə nəticəsində öldürüldüyünü təxmin etdiklərini bildiriblər.
Meyitlərin şəxsiyyətlərinin müəyyən edilməsi üçün Məhkəmə Tibb Mərkəzinə aparıldığı paylaşılıb.
İnsidentə rəqib dəstələr arasında baş verən qarşıdurma nəticəsində baş verdiyi qiymətləndirilir.
Gununsesi.info