Meksikada jurnalisti güllələdilər

  • By admin
  • 24 Noyabr 2022 08:32

Meksikanın Xalapa şəhərində “AX Noticias” qəzetinin müxbiri Pedro Pablo Kumula silahlı hücum edilib.

Bu barədə Gununsesi.info beynəlxalq xəbər agentliklərinə istinadən bildirir.

HTML tutorial

Xəbər üzərinə hadisə yerinə gələn təhlükəsizlik qüvvələri Kumulun öldüyünü müəyyən edib.

Digər tərəfdən, Azucar FM-də aparıcı kimi çalışan jurnalist Fransisko Hernandesdən noyabrın 20-dən bəri heç bir xəbər olmadığı bildirilir.

Amerikalararası Mətbuat Assosiasiyası (SIP) Kumulun qətlini pisləyərək, dövlətdən qətlə “dərhal və hərtərəfli” aydınlıq gətirməsini və itkin düşən Hernandezin tez bir zamanda tapılmasını tələb edib.

Argentinanın Mətbuat Azadlığı Komitəsinin sədri Karlos Cornet Meksikada jurnalistlərə qarşı cinayətlərin iki dəfə artdığını və onların əksəriyyətinin cəzasız qaldığını açıqlayıb.

Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) məlumatına görə, 2000-ci ildən bəri ölkədə qətlə yetirilən jurnalistlərin sayı 155-i ötüb.

Tərcümə:

Günay