Meksikanın cənub-qərbində yerləşən Tistla-de-Herrero şəhəri yaxınlığında yük avtomobilinin içərisində 9 nəfərin meyiti aşkarlanıb.
Gununsesi.info-nun “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Baş Prokurorluğunun məlumatında bildirilir.
Öldürülən şəxslərin mayın 1-də itkin düşdükləri, onların qadağan olunmuş malların alveri ilə məşğul olduğu bildirilir.
Qətlə yetirilən şəxslər arasında avtomobilin sahibi də var.
Prokurorluq faktla bağlı araşdırmaları davam etdirir.
Gununsesi.info