Meksikada meri öldürdülər

  • By admin
  • 24 İyul 2016 10:30
meks
Meksikanın Çyapas ştatında hinduların yaşadığı San-Xuan-Çamula şəhərinin əhalisi şəhər erini öldürüblər.
Musavat.com xarici mediaya istinadla bildirir ki, bu barədə mətbuata ştat hökumətinin baş katibi Xuan Qomes Aranda məlumat verib.
Hadisə şənbə günü bş verib. Mer Dominqo Lopes Qonsales hiddətlənmiş insan kütlələrinin qarşısında çıxış edərkən ictimai işlərə və şəhər sənətkarlarının maddi baxımdan dəstəklənməsinə vəsait ayırmaqdan imtina edib. Bundan sonra kütlənin içindən ona atəş açılıb. Daha sonra əhali merin meyitini sürüyüb şəhər meydanına çıxarıblar.
Mer Qonsaleslə yanaşı administrasiyanın iki məmuru, sürücüsü və bi yerli sakin də həlak olub.
Daha 12 nəfər isə güllə yarası alıb.
İğtişaş iştirakçıları şəhərin küçələrində barrikada qurublar və ştat rəhbərliyindən bələdiyyəyə ayrılmış maliyyə vəsaitinin xərclənməsinə dair hesabat tələb ediblər. Ancaq sonra üsyan təşəbbüskarlarının hirsi soyyb və camaat evlərinə dağılb. Polis stuasiyan nəzarət altına alıb.