Meksikada partlayış oldu: Ölənlər var

  • By admin
  • 07 Dekabr 2019 12:09

Meksikanın eyni adlı əyalətindəki Puebla şəhərinin yaxınlığında baş verən partlayış nəticəsində 4 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

Gununsesi.org-un məlumatına görə, “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, həlak olanların sayının artacağı istisna edilmir.

Xəsarət alanlar Pueblada xəstəxanalara yerləşdiriliblər.

İlkin məlumatlara görə, silah və ya pirotexnika vasitələri partlaya bilər.

Rəsmi qurumlar nə baş verdiyini şərh etməyib.

Gununsesi.org