
Meksikanın paytaxtı Mexikoda partlayış baş verib.
Gununsesi.info Türkiyənin “Akşam” qəzetinə istinadən xəbər verir ki, şəhərin mərkəzindən 32 km-lik məsafədə San Pablito bölgəsində pirotexnika mağazasında partlayış baş verib. Hadisə yerinə çox sayda yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb olunub.
Meksika Federal Polisinin verdiyi məlumata görə, baş verən partlayış nəticəsində 26 nəfər ölüb, 70 nəfər isə xəsarət alıb. Ölü sayının artacağı istisna edilmir.
Partlayış o qədər güclü olub ki, ətraf binalarda mənzillər zərər görüb.
Anar
Gununsesi.info