Meksikada polislə kartel üzvləri arasında atışma olub, 12 nəfər ölüb

  • By ilhame
  • 22 Yanvar 2024 22:33

Meksikada polislə kartel üzvləri arasında atışma baş verib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

Sonora ştatında saxlanılan şəxsi xilas etməyə cəhd edən kartel üzvləri polisə atəş açıblar.

 

Hadisə zamanı 12 kartel üzvü ölüb, iki polis yaralanıb.

 

Yaralanan yeddi karter üzvü isə qaçmağa müvəffəq olub.

 

Gununsesi.info