Meksikada qanlı mafiya savaşları – 5 nəfər öldürüldü

  • By arzu
  • 22 Sentyabr 2023 20:13

Meksikada qruplaşmalar arasında toqquşmalar yaşanmaqdadır.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, silahlı qarşıdurmalar bu ölkənin Verakruz bölgəsində 5 nəfərin ölümünə səbəb olub. Eyni əyalətdə bir evdən çıxan 5 adamın cəsədi qurplaşmalar arasındakı hesablaşmaların olduğunu üzə çıxarıb.

Öldürülənlərin hər biri kişidir.

Olay yerinə polislər və tibb işçiləri gəliblər. Ölənlərin cəsədləri bəlli edilməsi üçün tibbi ekspertizaya göndərilib.

Faciə ilə nəticələnən qanlı hücumla bağlı dövlət işçiləri istintaq prosesi başladıblar.

Xatırladaq ki, Meksikada narkotik və mafiya qruplaşmaları zaman-zaman silalı hücumlar edərək hesablaşmalara girişirlər.

Nəticədə, çoxlu sayda insan onların bu hesablaşmalarının qurbanı olaraq öldürülür.

 

Tərcümə: Arzu

Gununsesi.info