Meksikada sakinlərlə hərbiçilər arasında toqquşma – 18 ölü

  • By admin
  • 08 Yanvar 2018 20:09


Meskikanın Akapulko şəhəri yaxınlığındakı Konsepsyon qəsəbəsində atışma baş verib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, toqquşma müdafiə qüvvələrinin qəsəbəyə daxil olaraq dörd yerli sakini öldürməsindən sonra başlayıb.

Bundan sonra silahlanan sakinlər hərbiçilərə atəş açıb. Bu zaman isə 8 hərbiçi və 6 sakin ölüb.

Beləliklə, qəsəbədə qarşıdurmalar zamanı ümumilikdə 18 nəfər güllələnib.

 

Gununsesi.info