Meksikada seçki öncəsi 121-ci namizəd öldürüldü

  • By admin
  • 22 İyun 2018 10:37

 
Meksikada meriya seçkilərindən öncə daha bir namizəd öldürülüb. Gununsesi.info-nun verdiyi məlumata görə, bu dəfə narkobaronların qurbanı Fernando Angeles Juarez adlı namizəd olub.

Öldürülən namizəd Demokratik İnqilab Partiyasının Okampo şəhərindəki namizədi imiş.

Qeyd edək ki, 2017-ci ilin sentyabrından bəri öldürülən namizədlərin sayı 121-ə çatıb.

Meksikada meriya seçkiləri 1 iyul tarixində baş tutacaq.