Meksikada şiddətli yağışlar sellərə səbəb olub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, olaylar zamanı 8 nəfər həyatını itirib, 2 nəfər isə itkin düşüb.
Bu ölkənin Jalisko bölgəsindəki təbii fəlakət özünü daha güclü hiss etdirib.
Su səviyyəsinin yüksəldiyi bölgədə çayın daşması evləri su altında qoyub.
Yollar yararsız hala düşüb, bir çox binalara maddi ziyan dəyib.
Olay yerinə xilasetmə işçiləri gəliblər. Hazırda itkin düşənlərin axtarışı davam etdirilir.
Tərcümə: Arzu