Meksikanın Oaxaka ştatında avtomobilə silahlı hücum nəticəsində 9 nəfər ölüb, 4 nəfər yaralanıb.
Bu barədə Gununsesi.info “Haber Global”a istinadən xəbər verir.
Hadisə ştatın Qvadalupe şəhərində baş verib. Belə ki, naməlum silahlı şəxslər hərəkətdə olan avtomobilə atəş açıblar.
Nəticədə 9 nəfər hadisə yerində ölüb, güllə yarası alan daha 4 nəfər xəstəxanaya aparılıb.
Bölgəyə çoxlu sayda təhlükəsizlik qüvvələri sövq edilib, hücumla bağlı dövlət prokurorluğu araşdırmalara başlayıb.
Gununsesi.info