Meksikada silahlı qarşıdurma - 12 NƏFƏR ÖLDÜRÜLDÜ

  • By admin
  • 01 Noyabr 2017 08:40

Meksikada yeraltı borulardan yanacaq oğurlamaqla məşğul olan cinayətkar dəstələr arasında qarşıdurma nəticəsində 12 nəfər ölüb.

Gununsesi.info xəbər verir ki, Meksika Baş Prokurorluğunun məlumatına əsasən, silahlı şəxslər ötən gün Puebla ştatının mərkəzi xəstəxanasında biri qadın olmaqla 4 nəfəri qətlə yetiriblər.  Daha bir nəfər sükan arxasında öldürülüb, iki nəfər isə ştatın Amosok rayonunda güllələnərək qətlə yetirilib.

Tlaltenanqo rayonunda isə 5 nəfər spirtli içki qəbul edən zaman qətlə yetirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl  qeyd olunan Puebla ştatında həvəskar futbol matçının iştirakçıları atəşə tutulub, nəticədə 7 nəfər ölüb.

Gununsesi.info