
Meksikanın Koahuila ştatında qəzaya uğrayan kiçik təyyarədə 4 nəfər ölüb. Ölənlər arasında Matamoros şəhərinin keçmiş bələdiyyə sədrinin də olduğu bildirilib.
Gununsesi.info bildirir ki, əyalətin Mülki Müdafiə Müşavirliyindən verilən açıqlamaya görə, Texasın “Bronwnsville” hava limanından havaya qalxan N6074A nömrəli kiçik təyyarə Quadalupe hava limanı yaxınlığında boş yerə çırpılıb.
Qəzada 2-si qardaş olmaqla 4 nəfər ölüb. Ölənlər arasında Matamoros şəhərinin keçmiş merinin də olduğu bildirilib.
Koahuila ştatının prokurorluğu və Federal Mülki Aviasiya qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlayıb.
Gununsesi.info