
Meksikanın şimalında yerləşən Çiuaua ştatında avtobus yük maşını ilə toqquşub. Hadisə nəticəsində ən azı 10 nəfər ölüb, 27 nəfər xəsarət alıb.
Gununsesi.info xəbər verir ki, avtobusun sürücüsü sükan arxasında yatıb, daha sonra idarəetməni itirib.
Avtobus heç bir sərnişindaşıma şirkətinə məxsus olmayıb. (TASS, Trend)