
Meksikanın cənubunda yük maşını ilə avtobusun toqquşması nəticəsində 41 nəfər ölüb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Meksikanın Tabasko ştatında sərnişin avtobusu və yük maşını toqquşub . Qəza nəticəsində 38 sərnişin və 2 sürücü olmaqla ümumilikdə 41 nəfər həyatını itirib.
Səlahiyyətlilər indiyədək 18 nəfərin şəxsiyyətinin müəyyən edildiyini bildiriblər.
“Tours Acosta” avtobus şirkəti qəza ilə bağlı dərin təəssüf hissi keçirdiyini və qəzanın necə baş verdiyini, avtobusun sürət həddini aşdığını müəyyən etmək üçün səlahiyyətlilərlə birlikdə çalışdıqlarını bildirib.
Orxan Saffari